"Borussiya" "Norşellan"dan icarəyə götürdüyü Daniel Svenssonu komandada saxlayacaq.

Matc.az Almaniya mətbuatna istinadən xəbər verir ki, Bundesliqa klubu isveçli müdafiəçinin transfer hüququna yiələnəcək. "Borussiya" bunun üçün Danimarka klubuna 7,5 milyon avro təzminat ödəyəcək.

23 yaşlı sol cinah müdafiəçisi qarşıdakı günlərdə Almaniya klubu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, "Borussiya" Daniel Svenssonu bu ilin favral ayında icarəyə götürüb. İsveç millisinin üzvü Dortmund təmsilçisinin heyətində keçirdiyi 14 oyunda 1 qol vurub, 2 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest