İtaliyanın "Fiorentina" klubu baş məşqçisi Raffaele Palladino ilə yola davam edəcək.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italyan mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Tərəflər arasında 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Raffaele Palladino mövsümün əvvəlində "Fiorentina"nın baş məşqçisi təyin olunub. Florensiya təmsilçisi onun rəhbərliyi altında Konfrans Liqasında yarımfnala yüksəlib. "Bənövşəyilər" A Seriyasında isə 35 turdan sonra 59 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest