14 May 2025, 12:11
FUTBOL
Bu gün Türkiyə Kubokunun final görüşü baş tutacaq.
Matc.az xəbər verir ki, həlledici oyunda "Trabzonspor"la "Qalatasaray" üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəck.
İndiyə kimi Türkiyə Kubokunu ən çox qazanan komanda "Qalatasaray"dır. "Sarı-qırmızılar" 18 dəfə turnirdə hamıdan güclü olub. "Trabzonspor" isə 9 dəfə kuboku başı üzərinə qaldırıb.