14 May 2025, 12:25
FUTBOL
"Napoli" "Şaxtyor"un yarımmüdafiəçisi Georgi Sudakovu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İtaliya klubu ukraynalı futbolçu üçün "Şaxtyor"a 35 milyon avroluq rəsmi təklif göndərib. Ukrayna klubu isə bu təklifi qəbul etməyib. Donetsk təmsilçisi 22 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün daha çox pul istəyir. Futbolç özü "Napoli"də oynamağa isti yanaşır.
Qeyd edək ki, Ukrayna millisinin üzvü olan Georgi Sudakov bu mövsüm "Şaxtyor"un heyətində 35 oyunda 13 qol vurub, 6 qol ötürməsi edib.