“Sabah”ın U-10 komandası Rusiyanın Kazan şəhərində keçirilən “East Cup Kazan” beynəlxalq futbol turnirinə qatılıb.

Matc.az xəbər verir ki, Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komandamız turnirdə Qazaxıstanın “Elimay”, Rusiyanın “Nefteximik”, Tacikistanın “Babilon” və Qırğızıstanın “Abdysh-Ata” komandaları ilə birlikdə A qrupunda yer alıb.

“Sabah” turnir çərçivəsində ilk oyununu bu gün Tacikistanın “Babilon” komandasına qarşı keçirəcək. Turnirə mayın 17-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest