"Qalatasaray" bu həftə iki kubok qazana bilər.

Matc.az xəbər verir ki, "sarı-qırmızıla" bu gün ilk titul üçün meydana çıxacaq. İstanbul təmsilçisi Türkiyə Kubokunun final matçında "Trabzonspor"la üz-üzə gələcək.

"Qalatasaray" 4 gün sonra isə növbəti kuboku qazanmağa yaxındır. Okan Burukun komandası Super Liqanın 36-cı turu çərçivəsində doğma meydanda "Kayserispor"u qəbul edəcək. "Aslanlar"a çempionluq üçün 1 xal kifayət edir.

Klub rəhbərliyi komandanın uğurlu performansına biganə yanaşmır. Qalatasaray" hər iki turnirdə qalib olsa, komandaya ümumilikdə 10 milyon dollar mükafat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest