14 May 2025, 18:12
FUTBOL
Sergen Yalçın yeni mövsümdən etibarən "Rizespor" klubunun baş məşqçisi vəzifəsini icra edəcək.
Matc.az verir ki, tərəflər arasında danışıqlar hələ də davam etsə də, "Rizespor" klubu Sergen Yalçını baş məşqçi postuna gətirməkdə qərarlıdır.
"Alanyaspor"da çalışan Sergen Yalçın isə daha sonra göndərilən təkliflərin heç birini qəbul etməyib.
Qeyd edək ki, "Rizespor" klubu İlhan Palut ilə yolları ayırmaq istədiyindən Sergen Yalçınla danışıqları sürətləndiriblər.