"Tottenhem"in isveçli yarımmüdafiəçisi Deyan Kulusevski Premyer Liqanın 36-cı turunda "Kristal Pelas"la oyunda (0:2) aldığı dizindən zədələ səbəbindən əməliyyat olunub.

Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi sayt məlumat yayıb.

Belə ki, futbolçu bir həftə sonra baş tutacaq Premyer Liqanın son oyunlarını və Avropa Liqasının finalını buraxacaq.

Qeyd edək ki, bu mövsüm İsveç millisinin futbolçusu londonluların heyətində bütün turnirlərdə 50 matçda meydana çıxıb, 10 qol vurub və 11 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest