"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 36-cı turunun "Espanyol"la mayın 15-də baş tutacaq oyunu öncəsi Kataloniya klubunun çempionluğunu qeyd etməyin mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
Matc.az xəbər verir ki, Flik belə bir fikirlərinin olmadığını deyib.
"Düşünürəm ki, oyundan əvvəl danışmaq və ya qeyd etmək barədə düşünmək yaxşı fikir deyil. Diqqətini oyuna yönəltmək lazımdır. İki il əvvəl baş verənləri televiziyada görmüşəm. Hər şey hörmətlə edilməlidir. Üç xal üçün mübarizə aparmalıyıq, bu, düzgün addımdır".
Qeyd edək ki, 35 matçdan sonra İspaniya çempionatının turnir cədvəlinə "Barselona" başçılıq edir. Komanda 82 xal toplayıb. İkinci yerdə isə eyni sayda oyuna görə 75 xalı olan "Real" qərarlaşıb.