Türkiyə Kubokunda 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

Matc.az xəbər verir ki, finalda "Qalatasaray"la "Trabzonspor" üz-üzə gəlib. 3:0 hesablı qələbə qazanan İstanbul təmsilçisi kuboku başı üzərinə qaldırıb.

Bu, "Qalatasaray"ın ölkə kubokunda 19-cu zəfəridir.

"Trabzonspor" – "Qalatasaray" – 0:3
Qollar:
Barış Alper Yılmaz, 5, Viktor Osimhen, 46, 63

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest