15 May 2025, 11:16
FUTBOL
"Real" ispan müdafiəçi üçün İngiltərə klubuna 50 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək.
"Bornmut"un müdafiəçisi Din Hyöysenin "Real"a keçidi tamamlanmaq üzrədir.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Real" ispan müdafiəçi üçün İngiltərə klubuna 50 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək.
Qeyd edək ki, "Bornmut" Din Hyöyseni mövsümün əvvəlində "Yuventus"dan transfer edib. İspaniya millisinin üzvü olan 20 yaşlı futbolçu Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.