15 May 2025, 13:35
FUTBOL
PSJ hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Fransa klubunun əsas hədəfi Dortmund "Borussiya"sında çıxış edən Seru Qirassidir.
PSJ-nin baş məşqçisi Luis Enrike qvineyalı forvardı xidmətində maraqlıdır. Parislilər yaxın zamanda 29 yaşlı forvard üçün Almaniya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Seru Qirassi bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 44 oyunda 33 qol və 9 assistlə yadda qalıb.