15 May 2025, 13:56
FUTBOL
"Sevilya"nın futbolçusu Suso mövsümün sonunda komandadan ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
İspan vinger klubla başa çatan müqaviləsinin müddətini uzatmayacaq. 31 yaşlı futbolçu yayda azad agent statusu ilə La Liqa klubunu tərk edəcək.
Qeyd edək ki, Suso 2020-ci ilin yanvar ayından "Sevilya"da çıxış edir. İspaniya millisinin sabiq üzvü bu mövsüm Əndəlus təmsilçisinin heyətində keçirdiyi 15 oyunda 1 qol ötürməsi edib.