"Benfika"nın futbolçusu Anxel Di Mariya gələcəyi ilə bağlı qərarını verib.

Matc.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı vinger komandadan ayrılacaq.

Di Mariya klubla başa çatan müqaviləsinin müddətini uzatmayacaq. 37 yaşlı futbolçu azad agent statusu ilə klubu tərk edəcək.

Qeyd edək ki, Anxel Di Mariya bu mövsüm "Benfika"nın heyətində keçirdiyi 38 oyunda 15 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest