"Barselona"nın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, La Liqa nəhənginin futbolçusu Ferran Torres ötən gecə appendisit əməliyyatı olunub. İspan vingerin əməliyyatı uğurlu keçib.

25 yaşlı oyunçu komandasının son üç matçında işirak edə bilməyəcək.

Qeyd edək ki, Ferran Torres bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 45 oyunda 19 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest