Mourinyo iyunda Millətlər Liqasının final turnirindən sonra milli komandaya rəhbərlik edə bilər.

Türkiyənin "Fənərbaxça"nın çalışdırıcısı Joze Mourinyo Portuqaliya Futbol Federasiyası ilə ilkin razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb.

Bildirilir ki, Mourinyo iyunda Millətlər Liqasının final turnirindən sonra milli komandaya rəhbərlik edə bilər.

Qeyd edək ki, Portuqaliya millisinə hazırda Roberto Martines başçılıq edir. Mourinyo isə ötən ilin yayından "Fənərbaxça"da çalışır və hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 62 yaşlı portuqaliyalı mütəxəssis heç vaxt milli komandalarla işləməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest