15 May 2025, 23:41
FUTBOL
Futbol üzrə İran çempionatında 2024/2025 mövsümünə yekun vurulub.
Matc.az xəbər verir ki, əvvəlki turlarda çempionluğu rəsmiləşdirmiş "Traktor" səfərdə "İstiqlal Xuzestan"ın qonağı olub. Matç Təbriz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Traktor" mövsümü 68 xalla başa vurub. Onlar ən yaxın izləyiciləri olan "Sepahan" və "Persepolis"i 8 xal qabaqlayıb.