16 May 2025, 10:31
FUTBOL
Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.
Matc.az xəbər verir ki, "Əl-İttihad" sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib.
Loran Blanın rəhbərlik etdiyi kollektiv 32-ci turda səfərdə "Əl-Riyad"a 3:1 hesabı ilə qalib gəlib. "Əl-İttihad" ən yaxın izləyicisi "Əl-Hilal"ı 9 xal qabaqlayır.