16 May 2025, 10:52
FUTBOL
Mövsümün sonunda "Lion"la müqaviləsi başa çatan Aleksandr Lyakazett Türkiyədə çıxış edə bilər.
Matc.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, "Beşiktaş" Fransa klubundan ayrılacağını açıqlayan 33 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.
Fransal futbolçu yayda azad agent statusunda olacaq. Bunu nəzərəd alan İstanbul klubu təcrübəli forvardla danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Aleksandr Lyakazett bu mövsüm "Lion"un heyətində keçirdiyi 41 oyunda 17 qol vurub, 3 qol ötürməs edib.