Rusiyanın Kazan şəhərində keçirilən "East Cup Kazan" beynəlxalq futbol turnirində qrup mərhələsi başa çatıb.

Matc.az xəbər verir ki, "Sabah"ın U-10 komandası qrupda Tacikistanın "Babilon" (2:1), Qırğızıstanın "Abdış-Ata" (9:1) və Qazaxıstanın "Elimay" (6:0) komandalarına qalib gəlib, yalnız Rusiyanın "Nefteximik" komandasına 1:2 hesabı ilə məğlub olub.

"Sabah" qrup mərhələsini birinci sırada tamamlayaraq turnirin həlledici oyununa vəsiqə qazanıb.

Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv sabah finalda Rusiyanın "Rubin" komandası ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest