"Antalyaspor"un baş məşqçisi Emre Belözoğlu İngiltərədə çalışa blər.

Matc.az xəbər verir ki, bu barədə "Hull Daily Mail" məlumat yayıb.

Ruben Selleslə yollarını ayıran "Hall Siti" baş məşqçi postuna Emreni gətirmək istəyir. Çempionşip təmsilçisinin sahibi Acun Ilıcalı türk mütəxəssislə danışıqlara başlayacaq.

Qeyd edək ki, Emre Belözoğlu bu ilin yanvar ayında "Antalyaspor"un baş məşqçisi təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest