Dominik Livakoviçlə yollarını ayırmağı planlaşdıran "Fənərbaxça" heyətinə yeni qapıçı cəlb edəcək.

Matc.az "Sözcü" nəşrinə istinadən xəbər verir ki, Türkiyə klubu "Lion"da çıxış edən Lukas Perrini transfer edəcək.

İstanbul nəhəngi braziliyalı qolkiper üçün onun klubu ilə ilkin təmasa keçib. "Fənərbaxça" 27 yaşlı futbolçu üçün Liqa 1 təmsilçisinə 7 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, "Lion" Lukas Perrini ötən ilin yanvar ayında "Botafoqo"dan transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest