16 May 2025, 14:35
FUTBOL
"Mançester Yunayted"də 2024/2025 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitan Bruno Fernandeş ən yaxşı seçilib. Portuqailiyalı yarmmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb.
Fernandeş səsvermədə Amad Diallo və Harri maquayrı qabaqlayıb. 29 yaşlı futbolçu 4-cü dəfə mövsümün ən yaxşısı seçilir.
Qeyd edək ki, Bruno Fernandeş bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 54 oyunda 19 qol vurub, 19 qol ötürməs edib.