Türkiyənin "Qalatasaray" və "Fənərbaxça" klubları "Real"ın ukraynalı qapıçısı Andrey Lunin ilə maraqlanır.

Matc.az xəbər verir ki, 26 yaşlı qolkiper İstanbul nəhənglərinin transfer siyahısında yer alır.

Luninlə Türkiyə təmsilçiləri ilə yanaşı, İspaniya və İtaliya klublarının da maraqlandığı bildirilib.

Qeyd edək ki, qapıçının Madrid müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest