"Atletiko" Aleks Baena transferinə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə məlumat "El Chiringuito" paylaşıb.

Bildirilir ki, Madrid klubu 23 yaşlı vingerin transferi ilə bağlı "Vilyarreal" ilə prinsipial razılığa gəlib. Sövdələşmə "Atletiko"ya 55 milyon avroya başa gələcək.

Səudiyyə Ərəbistanı klublarının hələ də futbolçunu transfer etməkdə maraqlı olduğu, lakin o, İspaniyada qalmaq niyyətində olduğu qeyd edilir.

Qeyd edək ki, Boena cari mövsüm La Liqada 30 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest