"Liverpul" mərkəz müdafiəçisi İbrahima Konatenin klubla 2026-cı ilin yayında başa çatacaq müqaviləsini uzatmaqdan imtina etməsindən narahatdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, ingilis klubu hesab edir ki, fransalı futbolçu ilə bağlı vəziyyət bir il əvvəl əmək müqaviləsini uzatmaqdan imtina edən Trent Aleksander-Arnoldla baş verənlərə bənzəyir.

Vurğulanır ki, "Liverpul"u daha çox Konatenin gedişi ilə bağlı potensial pul itkisi deyil, əsas komandanın oyunçusunun ardıcıl ikinci il "Real"a pulsuz gedə biləcəyi, klubun reputasiyasına mənfi təsir edəcəyi narahat edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest