"Aston Villa" "Barselona"nın 25 yaşlı hücumçusu Ferran Torreslə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Birmingham Mail" məlumat yayıb.

Bildirilir ki, ingilis klubu ispan futbolçunu yayında heyətinə qata bilər. "Barselona" isə Torres üçün 50 milyon avro təklifi nəzərdən keçirməyə razıdır.

Qeyd edək ki, Torres bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə edib. 25 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 28 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest