"Mançester Yunayted" İtaliya klubları ilə hücumçuları Rasmus Hoylund və Coşua Zirkzenin transferi ilə bağlı danışıqlar aparır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "İndependent" paylaşıb.

Bildirilir ki, "qırmızı şeytanlar" Hoylund və Zirkzenin yerinə "İpsviç"in hücumçusu Liam Delap və "Bornmut"un forvardı Antuan Semenyoya  təklif göndərib.

Bundan əlavə, "Mançester Yunayted" "Vulverhempton"un forvardı Mateus Kunyanın transferini tamamlamağa yaxındır ki, bu da kluba 60 milyon funt-sterlinqə başa gələ bilər.

Qeyd edək ki, Hoylund bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Zirkze isə 48 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest