17 May 2025, 14:38
FUTBOL
"Real" mərkəz müdafiəçisi Din Hoysenin transferi üçün "Bornmut"la razılığa gəldiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Madrid klubunun rəsmi saytı paylaşıb.
20 yaşlı futbolçu ilə müqavilə 30 iyun 2030-cu ilə qədər nəzərdə tutulub. Hoysen 2025-ci il iyunun 1-də rəsmi olaraq "Kral klubu"nun oyunçusu olacaq.
Qeyd edək ki, Hoysen bu mövsüm "Bornmut"un heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 3 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalında 20 yaşlı futbolçunun dəyəri 42 milyon avrodur.