Bundesliqada 31 oyunda 26 qol vuran "Bavariya"nın hücumçusu Harri Keyn 2024/2025 mövsümündə turnirin bombardiri olub.

Matc.az xəbər verir ki, "Bayer"in futbolçusu Patrik Şik 31 oyunda 21 qolla ikinci olub. Dortmund "Borussiya"sının futbolçusu Seru Girassi 30 matçda eyni sayda qol vurub.

Dördüncü yerdə 29 oyunda 18 qolu olan "Maynts"ın hücumçusu Conatan Burkardtdır. İlk "beşliy"ə 31 matçda 16 qol vuran Mönhenqladbax "Borussiya"sından Tim Kleindienst də daxil olub.

Qeyd edək ki, Harri Keyn ardıcıl ikinci mövsüm Bundesliqanın bombardiri oldu. Ötən mövsüm o, 32 matçda 36 qol vurub. Ümumilikdə Keynin "Bavariya"da 91 oyunda 82 qolu və 24 məhsuldar ötürməsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest