Pep Qvardiola bir mövsümdə məğlubiyyətlə bağlı şəxsi antirekordunu yeniləyib.

Matc.az xəbər verir ki, bu gün ispan mütəxəssisin rəhbərlik etdiyi "Mançester Siti" İngiltərə Kubokunun finalında "Kristal Pelas"a uduzub (0:1).

Bu, cari mövsüm Qvardiolanın ingilis klubu ilə 16-cı məğlubiyyəti olub. Qeyd edilən göstərici Pep Qvardiolanın bütün məşqçilik karyerasındakı ən pis nəticəsidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest