"Aston Villa" UEFA Avropa Liqası yarımfinal mərhələsinin cavab görüşündə "Nottingem Forest"i 4:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Matc.az xəbər verir ki, Birmingem təmsilçisinin baş məşqisi Unay Emeri oyundan sonra açıqlama verib. İspaniyalı mütəxəssis komanda ilə qürur duyduğunu deyib:

​"Xüsusi gün idi. Azarkeşlər heyrətamiz atmosfer yaratdılar. Onlar öz enerjilərini və arzularını bizə ötürdülər. Oyunçularım meydanda fantastik reaksiya verdilər.
​Bu matçda oyunumuzu daha da təkmilləşdirdik. Üstünlük təşkil etdiyimiz anlarda daha amansız və daha effektiv hərəkət etməli idik. İlk matçdan sonra oyunumuzu inkişaf etdirmək üzərində çalışdıq. Həm futbolçular, həm də azarkeşlər lazımi reaksiyanı göstərdilər. 
​İstanbuldakı finalda olmaq xüsusi hissdir. Bura necə gəlib çıxdığımızla qürur duya bilərik. İndi isə qələbədən həzz almaq vaxtıdır. Finaldakı rəqibimiz "Frayburq"a hörmətlə yanaşmaq lazımdır".

Qeyd edək ki, "Aston Villa" ilə "Frayburq" arasındakı final matçı mayın 20-də Türkiyənin İstanbul şəhərində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest