Meksika hökuməti dünya çempionatına hazırlıq və gözlənilən anomal isti hava şəraiti fonunda məktəblərdə tədris ilini qısaltmaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə The Athletic nəşri məlumat yayıb.
Təhsil Nazirliyinin bəyanatına əsasən, təhsil müəssisələrində dərslər 5 iyun tarixində başa çatacaq. Halbuki əvvəllər tədris ilinin iyulun ortalarında bitməsi planlaşdırılırdı. Yeni tədris ili isə iki həftəlik əlavə hazırlıq dövründən sonra, 31 avqust tarixində başlayacaq.
DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək və 11 iyun tarixində start götürəcək. Meksika turnirin oyunlarına Mexiko, Qvadalaxara və Manterrey şəhərlərində ev sahibliyi edəcək. O cümlədən, milli komandanın CAR-a qarşı açılış oyunu "Atsteka" stadionunda baş tutacaq.
Təhsil təqviminə edilən dəyişikliklər tədris prosesini irimiqyaslı beynəlxalq turnirin şərtlərinə uyğunlaşdırmağa kömək edəcək. Qərar qəbul edilərkən yerli təhsil qurumlarının tövsiyələri nəzərə alınıb. Qərarın digər əsas səbəbi yay mövsümündə temperaturun ölkə üçün orta iqlim normalarını aşacağı və hədsiz yüksək olacağı ilə bağlı proqnozlardır.












_1778249103.jpg)
