Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Dandolk" - "Qarabağ" görüşünün vaxtı müəyyənləşib. Komandalar arasında ilk oyun İrlandiyada baş tutacaq. Azərbaycan çempionu iyulun 24-də Dandolkda yerli komandanın qonağı olacaq.
çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Dandolk" - "Qarabağ" görüşünün vaxtı müəyyənləşib. Matc.az saytının məlumatına görə, komandalar arasında ilk oyun İrlandiyada baş tutacaq.
Belə ki, Azərbaycan çempionu iyulun 24-də Dandolkda yerli komandanın qonağı olacaq. "Oriel Park"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.
Cavab matçı isə iyulun 31-də Bakıda, "Dalğa Arena"da keçiriləcək və 21:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" I mərhələdə "Partizani"yə, "Dandolk" isə "Riqa"ya qalib gəlib.