Hakimlərimiz beynəlxalq yarışları idarə edib
Yeniyetmə cüdoçular arasında Avropa kuboku və bir neçə beynəlxalq yarış keçirilib. Azərbaycanlı hakimlər də beynəlxalq turnirləri idarə edən ədalət təmsilçiləri arasında yer alıblar. Beynəlxalq dərəcəli hakim Rəşad Əliyev Macarıstanın Qyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku yarışını idarə edib.