Avropa Gənclər Festivalında voleybol yarışlarına bu gün start verilib. Matc.az xəbər verir ki, gənc oğlanlardan ibarət Azərbaycan millisi ilk oyununu Almaniya yığmasına qarşı keçirib.
 
A qrupunda yer alan yığmamız ilk oyunda məyus olub. 3 hissə davam edən görüşdə komandamız quru hesablı məğlubiyyətə üzülüb - 0:3 (29:31, 19:25, 22:25).
 
Qeyd edək ki, millimiz növbəti oyununu sabah Belarusa qarşı keçirəcək. Görüş 16:30-da FHN İdman Arenasında başlayacaq.
 
Yarışın ilk günündə qeydə alınan nəticələr belədi:
 
Oğlanlar
 
A qrupu
 
Belarus – Rusiya 0:3 (20:25, 21:25, 20:25)
Azərbaycan – Almaniya 0:3 (29:31, 19:25, 22:25)
 
B qrupu
 
Bolqarıstan – İtaliya 3:2 (25:23, 25:21, 19:25, 21:25, 15:11)
Belçika – çexiya 3:1 (25:23, 19:25, 25:22, 25:16)
 
Qızlar
 
A qrupu
 
Rumıniya – Bolqarıstan 3:1 (25:23, 25:18, 16:25, 25:12)
Ukrayna – Rusiya 0:3 (17:25, 17:25, 13:25)
 
B qrupu
 
Belarus – Türkiyə 3:0 (30:28, 25:22, 26:24)
Almaniya – İtaliya 0:3 (20:25, 13:25, 20:25)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest