2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi məşqlərini Braziliyada davam etdirir. Matc.az xəbər verir ki, komandamız təlim-məşq toplanışı çərçivəsində yerli komandalardan biri ilə yoldaşlıq oyunu keçirib.

Covanni Kapraranın rəhbərliyi ilə yığma Braziliyanın "Esporte Pinheiros" klubu ilə hazırlıq matçı keçirib. Qarşılaşma gərgin mübarizə şəraitində keçib. Millimiz bu görüşdə yerli komandaya 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Olimpiya Oyunlarının seçmə mərhələsinin oyunları 1-3 avqust tarixlərində keçiriləcək. Millimiz meydan sahibi Braziliya ilə yanaşı, Dominikan Respublikası və Kamerunla eyni qrupda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest