Qadın voleybolçular arasında 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turniri davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisi bu gün növbəti görüşünü keçirib.
D qrupunda qərarlaşan Covanni Kapraranın yetirmələrini daha çətin sınağına çıxıb. İlk oyunda Dominikan Respublikasına 2:3 hesabı ilə yenilən qadınlarımız bu dəfə ev sahibi Braziliya ilə qarşılaşıb. Millimiz bu görüşdə də məğlubiyyətə üzülüb.
Qrupun digər görüşündə isə Dominikan Respublikası ilk matçda Braziliyaya uduzan (0:3) Kamerunla qarşılaşacaq.
Lisenziya xarakterli Təsnifat Turniri
D qrupu, II tur
2 avqust
Braziliya – Azərbaycan 3:2 (25:13, 23:25, 21:25, 25:19, 15:12)
Uberlandiya. "Sabiazinyo" arenası