"İlk oyundan razıyam. Başlanğıcda hər şey çətin idi". Matc.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Covanni Kaprara deyib.
İtaliyalı mütəxəssis 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirdə Dominikan Respublikasının yığması ilə görüşünü şərh edib.
O, 0:3 hesablı məğlubiyyətə baxmayaraq, hədəflərinin baxımlı oyunu olduğunu deyib: "Bu, təcrübəlilərlə bir yerdə ilk rəsmi matçımız idi. İkinci hissədə oyunumuzu yaxşılaşdırdıq. ümumilikdə çox səhvlər etdik. Komanda daha çox xal qazanmaq üçün servis kimi komponentləri yaxşılaşdırmalıdı. Qrupumuzda Braziliya və Dominikan Respublikası güclü yığmalardı. Amma hədəfimiz oyunumuzu daha da yaxşılaşdırmaqdı".
Qeyd edək ki, Azərbaycan millisi ikinci turda Braziliya ilə oynayacaq.