Braziliyanın "San Paulo" klubunun futbolçusu Qonsalo Karneyro cəzalandırılıb. Matc.az xəbər verir ki, 24 yaşlı hücumçu narkotik maddələrdən istifadə etdiyi üçün 2 illik futboldan diskvalifikasiya olunub. 
 
Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Karneyronun cəzası 16 mart 2019-cu il tarixindən hesablanmağa başlayıb.
 
Dopinq testi zamanı uruqvaylı hücumçunun qanında kokain metabolitinə rast gəlinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest