"Los Anceles Qalaksi" klubu icarə əsasında komandada çıxış edən Kristian Pavonla yeni sözləşmə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
Pavonun icarə müqaviləsinin müddəti 2020-ci ilin yayına qədər artırılıb.
 
Argentina millisinin üzvü olan 23 yaşlı hücumçu "Boka Xuniors"dan icarəyə götürülüb. Pavonun əvvəlki müqaviləsinin müddəti 2019-cu ilin sonuna kimi idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest