Beynəlxalq Olimpiya Komitəsi 2026-cı ilin Qış Olimpiya Oyunlarına namizədliyini irəli sürən Türkiyənin Ərzurum şəhərini müraciətindən imtina edib. Matç.az saytı xəbər verir ki, qurum bu addımı xüsusi komissiyanın şəhəri ziyarət etməsindən sonra atıb.

Komitənin nümayəndələri belə qənaətə gəlib ki, bu şəhərdə nəqliyyatla, o cümlədən hava nəqliyyatı ilə bağlı ciddi problemlər yarana bilər. Bu üzdən də Ərzurumun namizədliyindən rəsmən imtina olunub.

Qurumun prezidenti Tomas Bax artıq üç namizədin qaldığını da açıqlayıb. Bunlar Kalqari (Kanada), Milan və Kortina Dampettso (İtaliya), Stokholmdu (İsveç)

Qeyd edək Ki, daha öncə Syon (İsveçrə), İnsbruk (Avstriya) və Sapporo (Yaponiya) şəhərləri də namizədlər sırasından çıxmışdı. Olimpiada-2026-nın ev sahibinin adı 2019-cu ilin ilin sentyabrında müəyyənıəşəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest