Yunanıstan Super Liqasının 22-ci turunda "Panatinaikos" evdə PAOK-a 2:0 hesabı ilə qalib gəlib. Matc.az xəbər verir ki, görüşü FİFA dərəcəli referimiz Əliyar Ağayev idarə edib.

Təmsilçimiz görüşdə bir penalti və iki sarı vərəqə göstərib. O, qarşılaşmanın 49-cu dəqiqəsində PAOK-un qapısına penalti təyin edib. Bununla yanaşı, Əliyar Ağayev matçın 58-ci dəqiqəsində PAOK-un oyunçusu Dmitri Limniosa və ev sahibi komandanın üzvü Antos Pounqorasa sarı vərəqə göstərib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest