İngiltərənin "Norviç Siti" klubu futbolçusu Aleksandr Tettinin müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
2012-ci ildən "Norviç Siti"də forma geyinən Tetti, bu mövsüm Premyer Liqada 19 oyunda iştirak edib. Yarımmüdafiəçi Norveç milli komandasının da üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest