Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə “Atletik” doğma meydanda “Qranada” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.
 
Digər yarımfinal görüşü “Real Sosyedad”la “Mirandes” arasında baş tutub. Bu oyunda da meydan sahibləri çətin qələbəyə seviniblər.
 
Yarımfinalın cavab qarşılaşmaları martın 4-5-də keçiriləcək.
 
İspaniya kuboku
Yarımfinalın ilk oyunları
12 fevral
 
Atletik – Qranada 1:0
Qol: Muniain, 42.
 
13 fevral
 
Real Sosyedad – Mirandes 2:1
Qol: Oyarzabal, 9. Edeqor, 42 – Ayas, 39.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest