Bu gün “Bank Respublika” ilə “Sabah” klubu arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb. Matç.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, müqaviləni “Bank Respublika”nın İdarə Heyətinin sədr müavini Elnur Həsənov və “Sabah”ın prezidenti Maqsud Adıgözəlov imzalayıb.

Müqaviləyə əsasən, “Sabah”ın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2018/19 mövsümünün qalan müddətində üzərində “Bank Respublika” yazılan formalarda çıxış edəcəklər. Bundan başqa, bank bu müddətdə klubun ev oyunlarını keçirdiyi “Əlincə Arena”da özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.

“Sabah” artıq sabah çempionatın XII turu çərçivəsində keçiriləcək “Qarabağ”la matça “Bank Respublika” yazılı forma ilə ilk oyununa çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest