FİFA “transfer pəncərəsi” ilə bağlı yeni qərar qəbul etməyə hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə “THE Telegraph” nəşri məlumat yayıb.

Bildirilir ki, qrum yay transfer dönəmini yanvara qədər uzadacaq. Klublar koronavirus üzündən maddi ziyana uğradığı üçün FİFA belə bir qərar qəbul etməyə hazırlaşır. Hazırda qrum nümayəndələri ilə klub rəsmiləri arasında bunun müzakirəsi gedir.

Koronavirus epidemiyası üzündən maliyyə problemi yaşayan komandaların bu il az transfer edəcəyi gözlənilir. Ehtimal olunur ki, klublar əvvəlcədən razılağa gəlinən iri məbləğli transferlərdən imtina edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest