Noyabrın 26-da böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start veriləcək. Matç.az saytı xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 28 komandanın 138 kişi boksçusu qatılacaq.

Döyüşlər saat 14:00-da başlanacaq. Qaliblərin adına isə noyabrın 30-da aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest