İtaliyanın "Verona" klubu qapıçısı Marko Silvestri ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
29 yaşlı futbolçu müddəti 2022-ci ilin 30 iyununda başa çatacaq yeni müqaviləyə imza atıb. 
 
Marko 2017-ci ildən "Verona"nın uğurları üçün çalışır. İtaliyalı qolkiper son mövsümdə meydana çıxdığı 35 oyundan 9-da qapısını toxunulmaz saxlamağı bacarıb. O, daha öncə "Kyevo", "Recina", "Padova", "Kalyari" və "Lids"də də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest