2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatması üçün səbətlərin tərkibi müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA Millətlər Liqasının cari mövsümünün qrup mərhələsinin başa çatmasından sonra komandaların səbətlər üzrə bölgüsü bəlli olub.

Azərbaycan millisi reytinqi ən aşağı olan yığmaların yer aldığı 5-ci səbətdə qərarlaşıb. Yığmamızla birlikdə Malta, Litva, Andorra, Cəbəllütariq və Lixtenşteyn də bu səbətdə yer alıb.

Ümumilikdə, püşkatmada iştirak edəcək 54 milli komanda beş səbətə bölünüb. İlk dörd səbətin hər birində 12, sonuncu səbətdə isə 6 komanda olacaq.

Məlumata görə, Avro-2028-in seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest